“Böyük imkanlara kiçik addım” adlı karyera yarmarkası

Yarmarkada ölkədə fəaliyyət göstərən nüfuzlu şirkət və qurumlar gənclər üçün uyğun vakansiyalarını və təcrübə proqramlarını təqdim edərək ətraflı məlumat verdilər. Tədbirdə ümumilikdə 40-a yaxın müxtəlif şirkət və qurumlar iştirak edib.

Açılış nitqi ilə çıxış edən BŞH-nin İnsan Resurları və İşçi Qüvvəsi şöbəsinin rəhbəri İranə Əhmədova iştirakçıları salamlayıb və Akademiyanın gənclər üçün yaratdığı imkanlar barədə tədbir iştirakçılarına məlumat verib. İ.Əhmədova gənclərin arzuladıqları işi tapmasına dəstək olmaq üçün tədbirdə iştirak edən təşkilat və qurumlara Bakı Şəhər Halqası Akademiyası adından təşəkkürünü bildirib: “Gənclərin inkişafı Akademiyamızın başlıca hədəfidir və bu fəaliyyətimiz ilə ölkədə aparılan gənclər siyasətinə dəstəyimizi göstəririk” Yarmarkanın keçirilməsində məqsəd gənclərin yerli şirkətlərlə əlaqə yaratmaq və CV-lərini birbaşa şirkətə təqdim etmək, karyera qurmaq istiqamətində fəaliyyətlərinin düzgün planlaşdırması uçün təcrübə proqramları, işə qəbul prosessləri ilə tanış olmaqdır.

Ümumiyyətlə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin komandasının böyük hissəsi Azərbaycanın peşəkar gənclərindən təşkil olunub. Könüllü olan gənclərimiz də bu imkanlardan faydalana bilirlər. Belə ki, 2016-ci ildə Bakıda ilk dəfə baş tutan Formula 1 yarışında könüllü olmuş  50 nəfərdən çox gənc ötən mövsüm bu şansı əldə etdi və özlərini ən yüksək səviyyədə göstərməyi bacardı. 2018-ci ildə isə onların sayı artdı və Azərbaycan Qran Prisində daha öncəki illərdə könüllü olmuş 75 nəfər, işçi olaraq fəaliyyət göstərmişdi. Onlar, Insan resursları və işçi qüvvəsi,transport, idman əməliyyatları, məkan əməliyyatları, media əməliyyatları və digər sahələrdə uğurla fəaliyyət göstərdilər”.

“AmCham Azərbaycan”ın icraçı direktoru xanım Natəvan Məmmədova yarmarka iştirakçılarını Azerbaycan biznes sektoru adından salamlayıb: “Çox məmnunam ki, ölkəmizdəki iş adamları insan resurslarının idarə olunmasında ən qabaqcıl təcrübələrin tətbiq olumasına çalışırlar. Bunu da xüsusilə vurğulamalıyam ki, AmCham Azərbaycanın İnsan Resursları komitəsi ən çox tələb olunanlar və aktiv fəaliyyət göstərənlər sırasındadır. Ümid edirəm ki, bugünki tədbir işəgötürənlərlə (hansı ki, əksər hissəsi “AmCham”ın daimi üzvləridir) iş axtaranlar arasında effektiv əlaqə yaradacaq.

“AmCham Azərbaycan”ın İnsan Resursları üzrə komitə sədri, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu İnsan Resursları üzrə meneceri Elnarə Məmmədova çıxışında bu cür tədbirlərin önəmini vurğulayıb. “Karyera yarmarkası iş axtaran, həmçinin işçi axtaranları bir araya gətirib. Özünü inkişaf etdirmək istəyən gənclər üçün bu əvəzsiz imkandır. Burada iştirak edən ölkənin aparıcı şirkətlərində iş və ya təcrübə proqramına qatılmaq sözsüz ki, gənclər üçün geniş imkanlar yaradacaq”. 

Ümumilikdə 900-dən çox gənc sözügedən tədbirdə iştirak etməklə yaradılan geniş imkanlara kiçik addım atmış oldu. Yarmarka iştirakçılarının əksəriyyəti fəaliyyətinə Formula 1 Azərbaycan Qran Prisi və digər tədbirlərdə könüllü kimi başlayan gənclərdən ibarət idi.

 

01

 

Bilet al

RƏSMİ MOBİL TƏTBİQ İLƏ YENİLİKLƏRDƏN XƏBƏRDAR OL

Baku City Circuit mobil tətbiqi ilə ən sürətli sən ol. Bu tətbiq FORMULA 1 QATAR AIRWAYS AZƏRBAYCAN QRAN PRİSİ 2025-in bütün həyəcanını - yarış haqda ən son yenilikləri, bilet məlumatlarını cibinizə daşıyır

App Screen
App Store
Google Play
BCC
iTicket.AZ
Rəsmi bilet təminatçısı

Yeniliklərdən xəbər alın

Ən son yenilikləri ilk əldə etmək üçün abunə olun!

Təşəkkür edirik!
İndi siz bizim daxili dairəmizdəsiniz. Eksklüziv yeniliklər və həyəcanverici xəbərlər üçün hazır olun, onlar birbaşa poçtunuza göndəriləcək.
Sosial mediada bizi izləyin
FacebookInstagramXTikTokLinkedIn

The F1 FORMULA 1 logo, F1, FORMULA 1, FIA FORMULA ONE WORLD CHAMPIONSHIP, AZERBAIJAN GRAND PRIX, GRAND PRIX and related marks are trade marks of Formula One Licensing BV, a Formula 1 company.
All rights reserved.

© 2025 Baku City Circuit Operations Company

Designed by SHOWRUNNERS agency