İyun

26

“İnanılmaz bir gün!”. Sürücülərin Bakıda keçirilən yarışdan sonra söylədikləri

FORMULA 1 AZERBAIJAN GRAND PRIX

Sürücülərin və komanda rəhbərlərinin 2017 Formula 1 Azərbaycan Qran Prisi haqqında əsas sitatları

Daniel Rikkardo, Red Bull komandasının sürücüsü:

“Heç vaxt maraqsız qələbəm olmayıb. Bu gün də istisna deyildi. Xaos və qırmızı bayraqdan sonra podiumun yaxın olduğunu hiss edirdim. Luis pit-stop edəndən və Sebastian cərimə alandan sonra qələbənin mümkün olduğunu bilirdim. Dünən sıralanma turunda etdiyim səhvdən və yarışa 10-cu yerdə başlayandan sonra bu ün səhvsiz bir yarış olacağını, imkanlardan yararlanacağımı söyləmişdim. Məncə əlimizdən gələni etdik. Yarışın əvvəlində planlaşdırılmamış pit-stop etdikdən sonra sıralanmada 17-ci yerdə idim, podium və ya qələbə ehtimalı yox idi. Sonra hər şey qaydasına düşdü, hər yeni dövrədə mövqecə irəliləyirdim. Nə gün idi. İnanılmazdır. Yavaş-yavaş anlaşıqlı olmağa başlayır”.

FORMULA 1 AZERBAIJAN GRAND PRIX


Lens Stroll, Williams komandasının sürücüsü:

“Söz tapa bilmirəm. Gərgin yarış idi. Trekdə çox şey baş verdi. Qırmızı bayraq, boliddən düşmək, bolidə minmək və yenidən başlamaq. Hər şey ani idi. Bugünki qələbəmiz problemdən uzaq durmaq, digər sürücülərə səhv etməyə şərait yaratmaq və finiş xəttinə tez çatmağın nəticəsidir. Necə hiss etdiyimi ifadə edə bilmirəm. Möhtəşəm hissdir. Öz üzərimdə işləyə bilərəm, sadəcə bir az vaxt lazımdır”.

FORMULA 1 AZERBAIJAN GRAND PRIX


Sebastian Fettel, Ferrari komandasının sürücüsü:

“Hamiltonla heç bir problemim yoxdur. Sürücü kimi ona böyük hörmətim var. Düşünürəm ki, bolidimin ön hissəsini zədələmək niyyətində deyildi. Bu, onun üçün də riskli olardı. İndi danışmaq üçün uyğun vaxt deyil. Bu məsələni onunla danışıb aydınlaşdıracağam. Ola bilsin, mən elə də ağıllı deyiləm, ancaq çətin adam da deyiləm. Bura yarışmaq üçün gəlmişik. Biz böyük insanlarıq, insanlar bizdən yarışmağı istəyir və gözləyirlər. Təkər-təkərə mübarizə aparmalıyıq, tamaşaçılar bizdən əsl ötmə gözləyirlər. Yarışdan zövq aldım, ancaq mənim cərimə almağım, onun isə almamağı doğru deyildi”.

FORMULA 1 AZERBAIJAN GRAND PRIX


Luis Hamilton, Mercedes komandasının sürücüsü:

“Düşünmək üçün bir az vaxta ehtiyacım var. Bununla belə baş verən insidentin hörmətsizlik olduğu fikrindəyəm. Tutaq ki, Fettelə qarşı qəsd-qərəzim var və ya bilərəkdən əyləci sınaqdan keçirirdim, istənilən halda belə rəftara layiq deyildim. Özü də o insandan ki, ona hörmətim var və bunu hər zaman trekdə də göstərmişəm.

Dünyanın hər yerində televizorda bizi izləyən gənc oğlanlar var. Onlar dünya çempionuna yaraşmayan hərəkətin şahidi oldular. Elə bir hərəkət ki, bunu kartinqdə görə bilərsən. Ümid edirəm ki, bu hal GP2 və GP3 seriyalarında təkrarlanmaz. Əlbəttə ki, hər kəsin müəyyən məsələrlə bağlı şəxsi fikirləri var. İstəmirəm ki, gənclər belə hadisələri gördükdən sonra elə düşünsünlər ki, maşını belə idarə edirlər. İstənilən halda bu, yaranmış hər hansısa bir vəziyyət və ya məsələnin cavabı deyildi.

Biz dünya çempionları, dünyanın ən yaxşı sürücüləriyik. Şəxsi avtomobilində gedərkən əlini pəncərədən çölə çıxarıb bu cür hərəkət edərək bolidi sağa doğru sürə bilərsən. Ancaq biz bunu etmirik. İllərdir ki, yarışırıq. Bu hal yarışda yolverilməzdir”.

FORMULA 1 AZERBAIJAN GRAND PRIX


Kristian Horner, Red Bull komandasının rəhbəri:

“Görünür, Sebastian Luisin əyləci sınaqdan keçirdiyini düşünüb. Sonra bir anda qəzəb dalğası yarandığının şahidi olduq. Sebastian kontrolu itirdi və bolidi sağ tərəfdən Hamiltonun bolidinə vurdu. Əlbəttə ki, bu, cərimə ilə nəticələnəcəkdi. Emosiyalar gərilib, onlar dünya çempionu adı uğrunda mübarizə aparırlar. İlin sonuna qədər bizi çempionluq uğrunda möhtəşəm mübarizə gözləyir”.

FORMULA 1 AZERBAIJAN GRAND PRIX


Valtteri Bottas, Mercedes komandasının sürücüsü:

“Bu insidentin mənimlə Kiminin arasında baş verməsi utancvericidir. Eyni mövqe uğrunda mübarizə aparırdıq. Bədbəxtlikdən, mübarizə məhz ikimizin arasında gedirdi. Mən trekin daxili trayektoriyasında idim, o isə xarici. Kimi məndən sonra əyləci basdı. Məndən irəlidə idi, amma mən daxili trayektoriyada idim. Bir qayda olaraq, daxili trayektoriyada yol sənindir. O, döngəni dönürdü, mənim gedə biləcəyim yer yox idi. Həmin mövqedə geri çəkilmək seçim deyildi. Döngəni ötüb keçdik, bolidim sıçradı və onun bolidi ilə toqquşdu. Təkərim partladı”.

FORMULA 1 AZERBAIJAN GRAND PRIX

Kimi Raykkonen, Ferrari komandasının sürücüsü:

“Bottas əyləci çox tez sıxdı. Özü də bunu bilirdi. Daha sonra xarici trayektoriyada qaldım və problem yox idi. Sonra birdən onu digər tərəfimdə gördüm. Düşünürəm ki, əyləci vaxtından əvvəl basdığının fərqində idi. Ona görə də yüksək sürətlə mənə yaxınlaşdı. Tamamilə onun səhvi idi. Ancaq cəzasını mən çəkdim. Edə biləcəyim heç nə yox idi”.

FORMULA 1 AZERBAIJAN GRAND PRIX


Fernando Alonso, McLaren komandasının sürücüsü:

“Ən az rəqabət göstərə biləcəyimiz halqada cərimələr ucbatından yarışa 19-cu sırada başlamağa baxmayaraq ilk çempionluq xallarını qazanmaq inanılmazdır. Yarış bir çox hadisələrlə yadda qaldı və bir neçə sürücü yarışı vaxtından əvvəl bitirməli oldu. Yarış ərzində divarlardan uzaq durmağa çalışırdım, ancaq arabir bolidim onlara toxunurdu. Buna baxmayaraq, bu gün podium, hətta birincilik uğrunda mübarizəni sona qədər davam etdirə bilərdik. Birinci təhlükəsizlik avtomobilindən sonra yarışı qazanan Rikkardonun arxasında idim. Hamilton başlıq problemi yaşadı və pit-stop etməli oldu, Sebastian cəza aldı, Kimi mübarizəni dayandırmışdı, Force İndia-lar toqquşmuş və yarışdan çıxmışdılar. Bir neçə fürsəti əldən qaçırdıq, çünki yarışda kifayət qədər sürətli deyildik, mövqemizi qoruyub saxlaya bilmirdik. Buna baxmayaraq, mövsümün ilk iki xalını qazandıq və buna sevinirik”.

FORMULA 1 AZERBAIJAN GRAND PRIX


Maks Ferstappen, Red Bull komandasının sürücüsü:

“Yarışı dayandırdıqdan sonra danışmaq istəmədim. Bolidin balansı və yarış barədə mühəndislərlə danışmaq üçün saat yarım trekdə qaldım və sonra oradan ayrıldım. Ən doğrusu bu idi. Baş verənlərə görə çox məyus idim. Finiş mövqelərinə baxanda asanlıqla özümü yarışın qalibi kimi təsəvvür edə bilirəm. Çərşənbə günü simulyatorda olacağam, heç olmasa orda mühərrik sıradan çıxmır”.

FORMULA 1 AZERBAIJAN GRAND PRIX