Aprel

18

Bakı Şəhər Halqasında “Şəxsi inkişaf görüşləri” keçirildi

FORMULA 1 AZERBAIJAN GRAND PRIX

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti ilə ASAN Könüllülərinin birgə tərəfdaşlığı və «Azersun Holding»in dəstəyi ilə Formula 1 Azərbaycan Qran Prisinin Könüllülər Mərkəzində 17 aprel 2017-ci il tarixində Formula 1 könüllüləri üçün “Şəxsi inkişaf görüşləri” keçirildi.

Tədbir çərçivəsində Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin İnsan Resursları şöbəsini rəhbəri İranə Əhmədova, "Azersun Holding"in korporativ PR departamentinin rəhbəri Fuad Həsənov və “ASAN School” Könüllülük Məktəbinin rəhbəri Cahangir Hacıyev çıxış edərək könüllülük fəaliyyətinin və beynəlxalq səviyyəli idman yarışlarının önəmindən danışdılar və Formula 1 könüllülərinə fəaliyyətlərində uğurlar arzuladılar.

Tədbirin keçirilməsində məqsəd könüllülərə bu fəaliyyətin önəmini anlatmaq və Formula 1 könüllülərinə Korporativ Sosial Məsuliyyət layihəsi çərçivəsində ASAN könüllülərinin və "Azersun Holding"in dəstəyini nümayiş etdirməkdir.

Qeyd edək ki, “Şəxsi inkişaf görüşləri” adlı tədbirdə iştirak edən ilk 200 könüllüyə www.asanmektub.az layihəsinə dəstək məqsədi ilə yazılmış “Könüllülük: uğur formulu” kitabı "Azersun Holding" tərəfindən Korporativ Sosial Məsuliyyət layihəsi çərçivəsində hədiyyə olundu.

Məlumat üçün bildirək ki, 29 fevral 2016-ci il tarixində Bakı Şəhər Halqası Əməliyyat Şirkəti ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (“ASAN xidmət”) arasında könüllü fəaliyyət sahəsində qarşılıqlı əməkdaşlıq əlaqələrinin inkişafı və möhkəmləndirilməsinə dair anlaşma memorandumu imzalanıb və bu formatda silsilə tədbirlərin keçirilməsi məqsədəuyğun sayılıb.

Qeyd edək ki, "Azersun Holding” ASAN Xidmət ilə ikitərəfli və çoxtərəfli əməkdaşlıq çərçivəsində indiyədək ekoloji maarifləndirməyə dair çoxsaylı layihələr həyata keçirib.