Bakıya qayıdan F1 həyəcanı haqqında Fernando və Stoffeldən eşidin

Fernando Alonso

"Bakı möhtəşəm şəhərdir. Keçən il ilk dəfə olaraq Qran Priyə ev sahibliyi edən Bakının uğurundan sonra, Azərbaycanda yenidən yarışmağı səbirsizliklə gözləyirəm. Mən Azərbaycan Qran Prisinin səfiri olaraq, orada öz yoldaşlarıma və həmkarlarıma görə daha çox zaman keçirmişəm və deyə bilərəm ki, həqiqətən də, Bakı Formula 1 yarışlarına ev sahibliyi etmək üçün əla seçimdir. Biz qədim tarixi şəhərin mərkəzi küçələrində yarışarkən, İçərişəhərin qədim divarları yeni idman məkanında bu yarışa mükəmməl ab-hava gətirir.

Kanadada ilk xalımızı qazanmağa çox yaxınlaşdıqdan sonra və bir qədər də yorğunluqdan əziyyət çəkməyimizə baxmayaraq, biz Bakıya olduqca əzmli gedirik. Lakin, sirr deyil ki, bu həftəsonu bizə asan olmayacaq. Belə ki, güc göstəricilərimizdə yaranmış məsələlərlə bağlı biz çox güman ki, cəriməyə məruz qalacağıq və üstəlik Bakı trekinin dar döngələri, yüksək sürət tələb edən düzlükləri işimizi çətinləşdirəcək. Ancaq mümkünsüz heç nə yoxdur və biz hər zaman olduğu kimi, mübarizə aparacağıq.

Bakı Şəhər Halqası F1 təqvimindəki ən sürətli şəhər trekidir və pilot nöqteyi nəzərindən yüksək sürətlə dar küçələrdən keçmək inanılmaz dərəcədə həyacan vericidir. Həmişə olduğu kimi, yarışa başlanğıc bizim üçün ən önəmli məqamlardan biridir və şənbə günü  baş tutacaq sıralanma turuna cümə günü sərbəst yürüşlərdə hazırlaşmaq lazımdır."

Stoffel Vandorn

"Bakıda ilk dəfə yarışacağam və bunun üçün çox həyəcanlıyam. Mən treki simulyatorda çox sınaqdan keçirmişəm. Yeni trekə hazırlaşmağa mühəndislərə kömək etmək üçün bunu keçən il də etmişəm. Belə ki, bu trek mənə yad deyil.

Bakı Şəhər Halqası digər treklərin möhtəşəm elementlərinin, o cümlədən yüksək sürət, uzun düzlüklər və dar döngələrin vəhdətidir. Bununla da, hər elementdən bir azını özündə ehtiva edən trek üçün, mühəndislərimiz çox çalışmalıdır. Bu həftəsonu yarışın tələblərinə əsasən, yanacaq sərfiyyatına və Enerji Bərpa Sisteminə (ERS) nəzarət etmək üçün, əlimizdəki imkanlardan ən uyğun şəkildə istifadə etməliyik.

Kanadada baş tutan yarış bütün komanda üçün məyusedici oldu və biz Bakıdakı yarışdan performans baxımından hər hansı xüsusi sürpriz gözləmirik. Ancaq biz hər zaman təkmilləşirik və yaranmış məsələləri aradan qaldırmaq üçün üzərimizdə çox çalışırıq.  Biz artıq yenidən qruplaşma aparmışıq və səbirsizliklə qarşımızdakı yarışı gözləyirik. Hər həftə olduğu kimi, bu həftə də əlimizdə olan hər şeydən sonadək faydalanmağa can atan bir şəkildə və mübariz ruhda növbəti həftəsonuna yaxınlaşırıq."

Bilet al

RƏSMİ MOBİL TƏTBİQ İLƏ YENİLİKLƏRDƏN XƏBƏRDAR OL

Baku City Circuit mobil tətbiqi ilə ən sürətli sən ol. Bu tətbiq FORMULA 1 QATAR AIRWAYS AZƏRBAYCAN QRAN PRİSİ 2025-in bütün həyəcanını - yarış haqda ən son yenilikləri, bilet məlumatlarını cibinizə daşıyır

App Screen
App Store
Google Play
BCC
iTicket.AZ
Rəsmi bilet təminatçısı

Yeniliklərdən xəbər alın

Ən son yenilikləri ilk əldə etmək üçün abunə olun!

Təşəkkür edirik!
İndi siz bizim daxili dairəmizdəsiniz. Eksklüziv yeniliklər və həyəcanverici xəbərlər üçün hazır olun, onlar birbaşa poçtunuza göndəriləcək.
Sosial mediada bizi izləyin
FacebookInstagramXTikTokLinkedIn

The F1 FORMULA 1 logo, F1, FORMULA 1, FIA FORMULA ONE WORLD CHAMPIONSHIP, AZERBAIJAN GRAND PRIX, GRAND PRIX and related marks are trade marks of Formula One Licensing BV, a Formula 1 company.
All rights reserved.

© 2025 Baku City Circuit Operations Company

Designed by SHOWRUNNERS agency