
Formula 1 Azərbaycan Qran-Prisinin 10-cu yubiley yarışı çərçivəsində autizmli gənclər üçün xüsusi Paddok turu təşkil olunub.
Sosial inklüzivlik təşəbbüsü çərçivəsində gənclər Formula 1 yarış həftəsinin pərdəarxası ilə tanış olmaq və Paddokun atmosferini yaxından yaşamaq imkanı əldə ediblər.
Ziyarət zamanı gənclər Formula 1 komandalarının fəaliyyət göstərdiyi ərazilərə baş çəkib, yarış həftəsinin hazırlıq prosesini izləyib və komandaların Qran-Prinin əsas gününə hazırlıqlarını yerindəcə görüb.
“Birgə və Sağlam” İctimai Birliyinin koordinatoru: “Bu gözəl fürsət üçün Bakı Şəhər Halqası Əməliyyat Şirkətinə təşəkkür edirik. Gənclərin Formula 1 yarışını yaxından görməsi, Paddokda vaxt keçirməsi və bu xüsusi atmosferi yaşaması onlar üçün çox maraqlı və yaddaqalan oldu. Belə imkanların yaradılması bizim üçün çox dəyərlidir.”
Təşəbbüs Formula 1-in sosial məsuliyyət proqramları çərçivəsində həyata keçirilən ənənəvi fəaliyyətlər sırasındadır.
Bizimlə əlaqə
Biletlər:
+994 12 404 13 93 [email protected]
Ümumi sorğular:
+994 12 404 13 90 |[email protected]
Könüllü sorğuları:
+994 12 404 13 83 |[email protected]
Marşal sorğuları:
Yeniliklərdən xəbər alın
Ən son yenilikləri ilk əldə etmək üçün abunə olun!
The F1 FORMULA 1 logo, F1, FORMULA 1, FIA FORMULA ONE WORLD CHAMPIONSHIP, AZERBAIJAN GRAND PRIX, GRAND PRIX and related marks are trade marks of Formula One Licensing BV, a Formula 1 company.
All rights reserved.
© 2026 Baku City Circuit Operations Company
Designed by SHOWRUNNERS agency