Kelvin Harris Bakını coşdurdu: Formula 1 azarkeşlərinə unudulmaz gecə

Dünya şöhrətli DJ və prodüser Kelvin Harris Formula 1 Azərbaycan Qran-Prisinin əyləncə proqramı çərçivəsində Bakıda konsert proqramı ilə çıxış edib.

 

Baku Crystal Hall-da keçirilən konsertdə minlərlə Formula 1 azarkeşi və elektron musiqi həvəskarı iştirak edib. Gecə ərzində Kelvin Harris dünya hitlərini səsləndirib, möhtəşəm işıq şousu və xüsusi effektlərlə müşayiət olunan çıxışı ilə tamaşaçılara yaddaqalan anlar yaşadıb.

 

Konsert zamanı “Feel So Close”, “Summer” və digər məşhur kompozisiyalar səslənib. Tamaşaçılar mahnıları DJ ilə birlikdə ifa edib, Kelvin Harris isə səhnədən dəfələrlə Bakı publikasına müraciət edərək azarkeşlərlə ünsiyyət qurub.

 

Şounun müxtəlif anlarında Baku Crystal Hall Azərbaycan bayrağının rənglərinə — mavi, qırmızı və yaşıl rənglərə boyanıb.

 

Qeyd edək ki, Kelvin Harris elektron musiqinin ən tanınmış simalarından biridir. “We Found Love”, “Summer”, “One Kiss” və bir sıra digər dünya hitlərinin müəllifi olan şotlandiyalı DJ “Grammy” mükafatına layiq görülüb və dünyanın ən böyük musiqi festivallarında çıxış edib.

 

Kelvin Harrisin Bakıdakı konserti Azərbaycan Qran-Pri həftəsinin əyləncə proqramının əsas tədbirlərindən biri olub.

Bilet al
Bilet al

RƏSMİ MOBİL TƏTBİQ İLƏ YENİLİKLƏRDƏN XƏBƏRDAR OL

Baku City Circuit mobil tətbiqini istifadə edirsənsə, sürət səninlədir. Bu tətbiq ilə Formula 1 Qatar Airways Azərbaycan Qran-Prisi 2026 haqqında bütün yeniliklər cibindədir.

App Screen
App Store
Google Play
BCC
iTicket.AZ
Rəsmi bilet təminatçısı

Yeniliklərdən xəbər alın

Ən son yenilikləri ilk əldə etmək üçün abunə olun!

Təşəkkür edirik!
İndi siz bizim daxili dairəmizdəsiniz. Eksklüziv yeniliklər və həyəcanverici xəbərlər üçün hazır olun, onlar birbaşa poçtunuza göndəriləcək.
Sosial mediada bizi izləyin
FacebookInstagramXTikTokLinkedIn

The F1 FORMULA 1 logo, F1, FORMULA 1, FIA FORMULA ONE WORLD CHAMPIONSHIP, AZERBAIJAN GRAND PRIX, GRAND PRIX and related marks are trade marks of Formula One Licensing BV, a Formula 1 company.
All rights reserved.

© 2026 Baku City Circuit Operations Company

Designed by SHOWRUNNERS agency