
Formula 1 Azərbaycan Qran-Prisinin 2026-cı il yubiley həftəsi azarkeşlərlə pilotları bir araya gətirən Fan Forumla davam edib. Fan Forum yarış həftəsinin ən gözlənilən tədbirlərindən biri olub.
Dənizkənarı Bulvarda qurulan xüsusi səhnədə iki gün ərzində 11 komandanın ulduz pilotları azarkeşlərlə görüşüblər. Maks Ferstappen, Şarl Lekler, Kimi Antonelli, Corc Rassel, Karlos Sayns, Lando Norris, Oskar Piastri, Fernando Alonso, Valtteri Bottas və digər pilotların səhnəyə çıxışı böyük maraqla qarşılanıb.
Olduqca səmimi ab-havada keçən Fan Forum zamanı pilotlar azarkeşlərlə yarışla bağlı fikirlərini və təəssüratlarını bölüşüblər. Bu görüşlər azarkeşlərə Formula 1 dünyasını daha yaxından tanımaq və sevdikləri pilotlarla ünsiyyət qurmaq imkanı verib.
Yerli və xarici azarkeşlərin böyük maraq göstərdiyi tədbir Azərbaycan Qran-Prisi həftəsinə əlavə həyəcan qatıb. Pilotların fanatlarla birbaşa ünsiyyəti isə yarış həftəsinin ən yaddaqalan anlarından birinə çevrilib.
Qeyd edək ki, Formula 1 Azərbaycan Qran-Prisi 26 sentyabrda keçiriləcək.
Bizimlə əlaqə
Biletlər:
+994 12 404 13 93 [email protected]
Ümumi sorğular:
+994 12 404 13 90 |[email protected]
Könüllü sorğuları:
+994 12 404 13 83 |[email protected]
Marşal sorğuları:
Yeniliklərdən xəbər alın
Ən son yenilikləri ilk əldə etmək üçün abunə olun!
The F1 FORMULA 1 logo, F1, FORMULA 1, FIA FORMULA ONE WORLD CHAMPIONSHIP, AZERBAIJAN GRAND PRIX, GRAND PRIX and related marks are trade marks of Formula One Licensing BV, a Formula 1 company.
All rights reserved.
© 2026 Baku City Circuit Operations Company
Designed by SHOWRUNNERS agency