Bakı Şəhər Halqası marşallar üçün növbəti praktiki təlim keçirib

21 may tarixində baş tutan təlim Fövqəladə Hallar Nazirliyinin Akademiyasında keçirilib.

Təlimlərin keçirilməsində məqsəd yarışlar zamanı yanğınla bağlı fövqəladə hal yarandıqda yanğınların qarşısının alınması və nəticələrin çevik şəkildə aradan qaldırılması üçün marşalların peşəkarlığının daha da artırılmasıdır.

Nəzəri və praktik hissələrdən ibarət bu təlimlərdə ümumilikdə 64 nəfəri Fövqəladə Hallar Nazirliyinin əməkdaşı olmaqla 188 yerli marşal iştirak edib.

Akademiyanın xüsusi ixtisaslı təlim-tədris heyəti iştirakçılara yanğın təhlükəsizliyinə dair biliklərin aşılanması, yanğının qarşısının alınması və xilasetmə tədbirlərinin təşkili istiqamətində bacarıqlarının möhkəmləndirilməsi məqsədilə vacib təqdimatlar edib. Bundan əlavə, yanğın təhlükəsizliyi və xilasetmə işlərində istifadə olunan xüsusi texnika və avadanlıqlarla davranış qaydaları da əyani vasitələrlə izah olunub.

Qeyd edək ki, növbəti Formula 1 Azərbaycan Qran Prisi cari ilin 10-12 iyun tarixlərində keçiriləcək. Yarış müddətində 1400 marşal iştirak edəcək.

Bilet al

RƏSMİ MOBİL TƏTBİQ İLƏ YENİLİKLƏRDƏN XƏBƏRDAR OL

Baku City Circuit mobil tətbiqi ilə ən sürətli sən ol. Bu tətbiq FORMULA 1 QATAR AIRWAYS AZƏRBAYCAN QRAN PRİSİ 2025-in bütün həyəcanını - yarış haqda ən son yenilikləri, bilet məlumatlarını cibinizə daşıyır

App Screen
App Store
Google Play
BCC
iTicket.AZ
Rəsmi bilet təminatçısı

Yeniliklərdən xəbər alın

Ən son yenilikləri ilk əldə etmək üçün abunə olun!

Təşəkkür edirik!
İndi siz bizim daxili dairəmizdəsiniz. Eksklüziv yeniliklər və həyəcanverici xəbərlər üçün hazır olun, onlar birbaşa poçtunuza göndəriləcək.
Sosial mediada bizi izləyin
FacebookInstagramXTikTokLinkedIn

The F1 FORMULA 1 logo, F1, FORMULA 1, FIA FORMULA ONE WORLD CHAMPIONSHIP, AZERBAIJAN GRAND PRIX, GRAND PRIX and related marks are trade marks of Formula One Licensing BV, a Formula 1 company.
All rights reserved.

© 2025 Baku City Circuit Operations Company

Designed by SHOWRUNNERS agency