Bakı Şəhər Halqası – Rəsmi Qolf Turniri

Bu Qolf Turnirində 20 komandadan ibarət olmaqla Azərbaycan və qonşu ölkələrdən olan 80 qolfçu öz gücünü sınayıb. Uyğun hava şəraiti və qüsursuz qolf meydançası ilə qolfçular "Dreamland" Qolf Klubunun və Bakı Şəhər Halqasının komandası tərəfindən ən xoş qonaqpərvərliyə şahid olublar. Gözəl keçən səhər yeməyindən sonra komandalar qolf meydançasında 18 dəlik üzrə mübarizəyə başlayıblar. Dörd saat müddətində davam edən turnirin sonunda qolfçular şam yeməyində bir araya gəliblər.

Turnirin qalibləri Alastar Anderson, Syuzan Dramond, Qrant Uatson və Evan Dramond 67 zərbənin yekununda 59.9 balla ən yüksək pilləyə layiq görülüb. 68 zərbənin yekununda 59.9 bal qazanan Li Henderson, Stivn Çepmen, Qrem Biti və Stiv Beykr isə ikinci yerdə qərarlaşıb. Üçüncü yer mükafatçıları isə Alister Makdaf, Endryu Halston, Nikolas Yanq və Qeri Qal olub.

“Nearest the pin” yarışı üzrə ən yaxşı nəticəni 10-cu dəlikdə Alan Ferguson, 17-ci dəlikdə Xəlil Hüseynov qazanıb. “Longest drive” yarışı üzrə ən yaxşı nəticəyə 9-cu dəlikdə Syuzan Dramond, 16-cı dəlikdə Li Henderson yiyələnib. Ən sürətli zərbə isə Mik Trioloya məxsus olub – 146.1 m/saat. 

Tədbirlə bağlı fikirlərini paylaşan Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin Kommersiya şöbəsinin rəhbəri Bülent Özerdim qeyd edib: "Artıq üçüncü ildir ki, bu tədbirə dəstəyimizi nümayiş etdiririk. Bu qədər oyunçunu bir arada görməkdən və "Dreamland" Qolf Klubu heyətinin qonaqpərvərliyindən çox məmnunuq. İştirakçıların turnirlə bağlı fikirləri olduqca müsbətdir. Aprelin 27-29-u məşhur trekimizdə baş tutacaq yarışı səbirsizliklə gözləyirik”. "Dreamland" Qolf Klubunun Baş Direktoru Phil Jones isə öz növbəsində 2018 Bakı Şəhər Halqası Rəsmi Qolf Turnirində göstərdiyi dəstəyə görə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinə öz təşəkkürünü bildirib: “Bu həftəsonu Bakıya təşrif buyuracaq qonaqları salamlayır və bütün komandalara gözəl yarış həftəsonu arzulayıram”.

BCC API

Bilet al

RƏSMİ MOBİL TƏTBİQ İLƏ YENİLİKLƏRDƏN XƏBƏRDAR OL

Baku City Circuit mobil tətbiqi ilə ən sürətli sən ol. Bu tətbiq FORMULA 1 QATAR AIRWAYS AZƏRBAYCAN QRAN PRİSİ 2025-in bütün həyəcanını - yarış haqda ən son yenilikləri, bilet məlumatlarını cibinizə daşıyır

App Screen
App Store
Google Play
BCC
iTicket.AZ
Rəsmi bilet təminatçısı

Yeniliklərdən xəbər alın

Ən son yenilikləri ilk əldə etmək üçün abunə olun!

Təşəkkür edirik!
İndi siz bizim daxili dairəmizdəsiniz. Eksklüziv yeniliklər və həyəcanverici xəbərlər üçün hazır olun, onlar birbaşa poçtunuza göndəriləcək.
Sosial mediada bizi izləyin
FacebookInstagramXTikTokLinkedIn

The F1 FORMULA 1 logo, F1, FORMULA 1, FIA FORMULA ONE WORLD CHAMPIONSHIP, AZERBAIJAN GRAND PRIX, GRAND PRIX and related marks are trade marks of Formula One Licensing BV, a Formula 1 company.
All rights reserved.

© 2025 Baku City Circuit Operations Company

Designed by SHOWRUNNERS agency