Avropa Oyunları Parkında yerləşən Bakı Marşal Mərkəzində təşkil olunmuş təlim nəzəri, praktiki və əyləncə hissələrindən ibarət olub. Nəzəri hissədə jurnalistlərə peşəkar marşallar tərəfindən Formula 1 bolidləri, onların texniki xüsusiyyətləri, yarışın idarə olunması prosesi və yarış zamanı digər maraqlı məqamlar barədə məlumat verilib. Təlimin sonunda suallar cavablandırılıb.
Praktiki hissədə jurnalistlərə yarışın idarə olunması və yarış qaydalarının necə tətbiq olunduğu nümayiş edilib.
Sonda Azərbaycan Avtomobil Federasiyasının drift və Volkikar yarış maşınlarından ibarət şou və mini yarış simulyasiyaları nümayiş etdirilib, lüks maşınlar sərgilənib.
Qeyd edək ki, növbəti Formula 1 Azərbaycan Qran Prisi cari ilin 10-12 iyun tarixlərində keçiriləcək. Mövsümün sayca səkkizinci yarışı olan Azərbaycan Qran Prisi Monako, Mayami, Sinqapur kimi nüfuzlu şəhər yarışlarının sırasında yer alır.
Bizimlə əlaqə
Yeniliklərdən xəbər alın
Ən son yenilikləri ilk əldə etmək üçün abunə olun!
The F1 FORMULA 1 logo, F1, FORMULA 1, FIA FORMULA ONE WORLD CHAMPIONSHIP, AZERBAIJAN GRAND PRIX, GRAND PRIX and related marks are trade marks of Formula One Licensing BV, a Formula 1 company.
All rights reserved.
© 2025 Baku City Circuit Operations Company
Designed by SHOWRUNNERS agency