F1 pilotlarının Bakıda mətbuat konfransı keçirilib

Bu münasibətlə 2022-ci il F1 mövsümünün ən sürətli şəhər yarışında mübarizə aparmaq üçün Bakıya təşrif buyurmuş 10 komandadan 20 pilotun iştirakı ilə mətbuat konfransı keçirilib.  

Konfransda müxtəlif suallara cavab verən Formula 1 pilotları Bakı yarışı haqqında təəssüratlarını paylaşıblar. Hazırkı yarış cədvəlində ilk üçlükdə yer alan Red Bull komandasından Maks Ferstappen, Ferrari komandasından Şarl Lekler və Red Bull komandasının digər pilotu Serxio Peres Bakı yarışı haqqında fikirlərini bildiriblər.

Bakı yarışı həqiqətən çox fərqlidir, çünki bu sürətli şəhər yarışında bir göz qırpımında hər şey dəyişə bilər. Buna görə də burada çox ehtiyatlı olmaq lazımdır, Bakı treki pilotları həmişə sınaq qarşısında qoyur. Bununla belə, deyə bilərəm ki, Bakı yarışı mənim üçün mövsümün ən sevimli yarışıdır, ”  – deyə Peres bildirib. Ötən ilin qalibi olan Peres bundan əvvəl Bakıda iki dəfə yarışı ilk üçlükdə bitirərək podiuma layiq görülmüşdür.

Maks Ferstappen isə Ferrari və Red Bull komandalarının arasındakı rəqabətə münasibət bildirib: “Düşünürəm ki, hər iki komanda mübarizədən çəkinmir, hal-hazırda biz fikrimizi Bakı yarışına cəmləndirib buradan maksimum nəticə almağa çalışmalıyıq. Ferrari komandası rəqabətcil olsa belə, bu heçnəyi dəyişmir çünki nəticədə öz performansımıza fokus olmalıyıq”.

Pilot cəvdəlində ikinci pillədə yer alan və birincilik üçün mübarizə aparan Ferrari pilotu Şarl Lekler də öz fikirlərini bölüşüb: Əvvəlki yarışlarda bəzi texniki səbəblərdən kənarda qalsaq da, məncə Bakıda daha çox şansımız var. Şəhər yarışlarının ikiqat həyəcanlı olur, kifayət qədər hazır olduğumuza inanıram”.

Qeyd edək ki, Lekler ötən il, 2021-ci il Azərbaycan Qran Prisinin sıralanma turunda poul pozisiyasını qazansa da, yarış vaxtı üçüncü dövrənin sonunda Luis Hamilton onu ötərək arxada qoymuşdu.

Eyni zamanda Maks Ferstappenin də ötən il finiş xəttinə üç dövrə qalmış qəzaya uğraması onun Bakıda yarışdan kənarda qalmasına səbəb olmuşdu. Bu baxımdan deyə bilərik ki, həm Lekler, həm də Ferstappen Bakıda qələbəyə sözün əsl mənasında “ac”dırlar. Pilotların yarış cədvəlində hazırda Şarl Lekleri cədvələ liderlik edən Maks Ferstappendən yalnız doqquz xal ayırır.

Qeyd edək ki, yarışın start cərgəsini müəyyən edəcək sıralanma turu iyunun 11-i, saat 18:00-da baş tutacaq. Azarkeşlərin səbirsizliklə gözlədiyi Formula 1 Azərbaycan Qran Prisi isə iyunun 12-si, yerli saatla saat 15:00-da baş tutacaq.

 

01

Bilet al

RƏSMİ MOBİL TƏTBİQ İLƏ YENİLİKLƏRDƏN XƏBƏRDAR OL

Baku City Circuit mobil tətbiqi ilə ən sürətli sən ol. Bu tətbiq FORMULA 1 QATAR AIRWAYS AZƏRBAYCAN QRAN PRİSİ 2025-in bütün həyəcanını - yarış haqda ən son yenilikləri, bilet məlumatlarını cibinizə daşıyır

App Screen
App Store
Google Play
BCC
iTicket.AZ
Rəsmi bilet təminatçısı

Yeniliklərdən xəbər alın

Ən son yenilikləri ilk əldə etmək üçün abunə olun!

Təşəkkür edirik!
İndi siz bizim daxili dairəmizdəsiniz. Eksklüziv yeniliklər və həyəcanverici xəbərlər üçün hazır olun, onlar birbaşa poçtunuza göndəriləcək.
Sosial mediada bizi izləyin
FacebookInstagramXTikTokLinkedIn

The F1 FORMULA 1 logo, F1, FORMULA 1, FIA FORMULA ONE WORLD CHAMPIONSHIP, AZERBAIJAN GRAND PRIX, GRAND PRIX and related marks are trade marks of Formula One Licensing BV, a Formula 1 company.
All rights reserved.

© 2025 Baku City Circuit Operations Company

Designed by SHOWRUNNERS agency