Bakı Şəhər Halqasının rəsmiləri öz uğurlarından danışdılar

Əməliyyat şirkətinin əməkdaşlarının, Avropa Qran Prisinin könüllüləri və marşallarının iştirakı ilə baş tutan tədbirdə BŞH-nın yüksək rəhbər şəxsləri; icraçı direktoru Arif Rəhimov, şirkətin korporativ direktoru Elçin Səfərov, İnsan Resursları şöbəsinin rəhbəri İranə Əhmədova, Əməliyyatlar şöbəsinin rəhbəri Çingiz Mehdiyev və Yarış Obyektinin tikintisi üzrə rəhbəri Tomas Butçer natiq qismində çıxış edərək öz uğur hekayələrindən danışdılar.

Tədbirdə çıxış edən BŞH-nın icraçı direktoru Arif Rəhimov iştirakçıları hədəfləri istiqamətində əzmlə çalışmağa dəvət etdi: “Hər birimiz davamlı olaraq həyat və karyeramızda böyük uğurlar qazanmağın arxasınca gedirik. Biz əksər hallarda ətrafımızda müxtəlif sahələrdə, o cümlədən idman, texnologiya, təhsil, tibb və digər sahələrdə çalışanların böyük nailiyyətlər əldə etdiyinə, hətta gözləntiləri aşdığına şahid oluruq. Bu, əslində sadəcə aysberqin görünən hissəsidir.

Çoxumuz fikirləşirik ki, azı onlar qədər böyük nailiyyətlər əldə edə bilərik. Əslində biz sadəcə xəyal qurmaqla məşğuluq, başqaları isə arzularına çatmaq üçün var gücü ilə çalışır! Bir sözlə çoxu xəyal qurur, bəziləri də vəzifəsini tez dərk edib hədəfə vaxtında çatmaq üçün çox böyük əmək sərf edir.”

01

BŞH-nın İnsan Resurslarının rəhbəri İranə Əhmədova öz çıxışında gəncləri mübariz olmağa səslədi: “Hər bir böyük nailiyyətin arxasında böyük arzu durur. Vaxtı ilə mənim də sizin kimi böyük arzularım vardı. Çətinliklərlə üzləşsəm də sonunda istədiklərimə nail oldum.

Təbii ki, hamı uğur əldə etmək istəyir. Bu uğura nail olmaq üçün də mütləq hərəkət etmək lazımdır. Düşünməyin ki, heç bir nəticəyə nail olmayacaqsınız. Əksinə hər zaman aktiv olun, hər zaman mübariz olun və bu şəkildə siz də tezliklə öz arzunuza çatacaqsınız.”

BŞH-nın Əməliyyatlar şöbəsinin rəhbəri Çingiz Mehdiyev öz növbəsində bildirdi ki, gənclərin Avropa Qran Prisində iştirakı onların gələcək uğurlarının ilk pilləsi olacaq: “Əziz dostlar, könüllü olun, marşal olun! Bu, sizin gələcək uğurlarınızın ilk addımı olacaqdır.”

Tədbirdə çıxış edən BŞH-nın Yarış Obyektinin tikintisi üzrə rəhbəri Tomas Butçer həyatda yol verdikləri səhvlərdən dərs çıxarmağın vacibliyindən danışdı: “Mən əsas işimlə yanaşı ehtiyac sahiblərinə və maddi baxımdan əziyyət çəkənlərə vəsait toplayan Beynəlxalq Xeyriyyə Qrupunda da könüllü kimi fəaliyyət göstərirəm. Məsləhətim odur ki, başqalarını hər zaman dinləyin, suallar soruşun və heç vaxt çəkinməyin. “Hə” demək xətrinə heç vaxt “hə” deməyin. Həyatda səhvləriniz olacaq. Ancaq ən vacibi odur ki, ikinci dəfə eyni səhvə yol verməmək üçün edilən səhvlərdən dərs çıxarmaq lazımdır.”

Qeyd edək ki, tədbirdə BŞH-nın Könüllülər Proqramının təmsilçiləri ilə yanaşı ASAN Xidmət və “Bir” Tələbə Könüllü Proqramlarının nümayəndələri də böyük maraqla iştirak etdilər.

Bilet al

RƏSMİ MOBİL TƏTBİQ İLƏ YENİLİKLƏRDƏN XƏBƏRDAR OL

Baku City Circuit mobil tətbiqi ilə ən sürətli sən ol. Bu tətbiq FORMULA 1 QATAR AIRWAYS AZƏRBAYCAN QRAN PRİSİ 2025-in bütün həyəcanını - yarış haqda ən son yenilikləri, bilet məlumatlarını cibinizə daşıyır

App Screen
App Store
Google Play
BCC
iTicket.AZ
Rəsmi bilet təminatçısı

Yeniliklərdən xəbər alın

Ən son yenilikləri ilk əldə etmək üçün abunə olun!

Təşəkkür edirik!
İndi siz bizim daxili dairəmizdəsiniz. Eksklüziv yeniliklər və həyəcanverici xəbərlər üçün hazır olun, onlar birbaşa poçtunuza göndəriləcək.
Sosial mediada bizi izləyin
FacebookInstagramXTikTokLinkedIn

The F1 FORMULA 1 logo, F1, FORMULA 1, FIA FORMULA ONE WORLD CHAMPIONSHIP, AZERBAIJAN GRAND PRIX, GRAND PRIX and related marks are trade marks of Formula One Licensing BV, a Formula 1 company.
All rights reserved.

© 2025 Baku City Circuit Operations Company

Designed by SHOWRUNNERS agency