May

27

Sürücülərin nəzərinə

FORMULA 1 AZERBAIJAN GRAND PRIX

Bu il 4-6 iyun tarixlərində Bakıda keçiriləcək növbəti Formula 1 Azərbaycan Qran Prisinə hazırlıq işləri sürətlə davam edir.

Bu il 4-6 iyun tarixlərində Bakıda keçiriləcək növbəti Formula 1 Azərbaycan Qran Prisinə hazırlıq işləri sürətlə davam edir.

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) ictimaiyyətin diqqətinə çatdırır ki, hazırlıq işləri ilə əlaqədar olaraq Üzeyir Hacıbəyov küçəsinin Azadlıq prospekti ilə və həmçinin Azadlıq prospektinin Zərifə Əliyeva küçəsi ilə kəsişdiyi yerlərdə yolun hərəkət hissəsi mayın 27-i, gecə saatlarından etibarən sol tərəfdən iki zolaq qədər daraldılacaq.

Sürücülərdən xahiş olunur ki, hazırlıq işlərinin aparıldığı yerlərdə avtomobillərini parklamasınlar. Göstərilən anlayışa görə əvvəlcədən təşəkkür edirik.