Formula 1 Avropa Qran Prisinin Könüllülər Mərkəzi istifadəyə verildi

Mərkəzin açılışında çıxış edən Gənclər və İdman Naziri cənab Azad Rəhimov könüllülük fəaliyyəti haqqında danışdı: “Bu ilin yayında Bakıda ilk dəfə baş tutacaq Formula 1 yarışında könüllü olmaq, ümumdünya miqyaslı avtoidman yarışında yaxından iştirak etmək istəyənlər üçün əla fürsətdir. Bildiyiniz kimi, biz Avropada yerləşən ən gənc nüfuza malik ölkələrdən biriyik və bu yarışda könüllü olmaq bizim gənclərin Azərbaycanın idman tarixinə öz töhfəsini vermək baxımından onlar üçün əvəzolunmaz imkan yaradır.”

Bakı Şəhər Halqası, Formula 1 üzrə Dünya Çempionatının 2016-cı il mövsümünün sayca 8-ci yarışı olan Avropa Qran Prisinin keçirilməsində yaxından iştirak edərək bu uğurda tarix yazmaq istəyən könüllüləri proqrama qoşulmağa dəvət edir.

Əməliyyat şirkəti 17-19 iyun 2016-cı il tarixlərində keçiriləcək yarışa qatılmaq istəyən fəal və özünəinamlı gəncləri Könüllülük Proqramında görməkdən böyük məmnunluq duyur. Məlum olduğu kimi, Könüllülük Proqramına, yarışa tam 6 ayın qaldığı bir vaxtda, 19 dekabr 2015-ci il tarixində start verildi və həmin gündən etibarən proqrama qoşulmaq istəyən könüllülərin sayı hər ötən gün sürətlə artmaqdadır.

Proqramda iştirak etmək istəyənlər https://www.bakucitycircuit.com/az/volunteers internet səhifəsi vasitəsilə müraciət edə bilərlər.

01

SIAR Araşdırma və Konsaltinq Şirkətinin 2015-ci ildə Azərbaycanda 1001 respondent arasında üz-üzə keçirdiyi sorğunun nəticələrinə görə, ölkə əhalisinin 70%-dən çoxu hesab edir ki, könüllülər, Azərbaycanın beynəlxalq arenada mövqeyinin gücləndirilməsində böyük rol oynayacaq bu möhtəşəm idman tədbirinin keçirilməsində əhəmiyyətli rola sahibdirlər. Bununla yanaşı, sorğuda iştirak edən paytaxt sakinlərinin yarısı bu yay Bakıda keçiriləcək Formula 1 yarışında könüllü olmaq istəyir və onların əksəriyyətinin yaşı 34-dən azdır.

Qeyd edək ki, Bakı Şəhər Halqası, bu ilin iyun ayında Azərbaycanda ilk dəfə baş tutacaq Avropa Qran Prisinə ümumilikdə 5 min nəfər könüllü cəlb edəcək. Ən uygun namizədlərin seçilməsi üçün Könüllülər Mərkəzində hər gün yüzlərlə intervyunun keçirilməsi nəzərdə tutulub. İndiyədək 7 minə yaxın şəxs onlayn olaraq Könüllülər Proqramına qeydiyyatdan keçib. Seçim prosesindən uğurla keçən namizədlər yarış ərəfəsində qonaqların və yüksək rütbəli rəsmilərin qarşılanması, tamaşaçı və media əməliyyatlarına dəstək və bunun kimi bir sıra digər zəruri rolları icra edəcəklər.

Daha ətraflı məlumat almaq istəyən media nümayəndələri [email protected] elektron ünvanına yazaraq müraciət edə bilərlər.

Bilet al

RƏSMİ MOBİL TƏTBİQ İLƏ YENİLİKLƏRDƏN XƏBƏRDAR OL

Baku City Circuit mobil tətbiqi ilə ən sürətli sən ol. Bu tətbiq FORMULA 1 QATAR AIRWAYS AZƏRBAYCAN QRAN PRİSİ 2025-in bütün həyəcanını - yarış haqda ən son yenilikləri, bilet məlumatlarını cibinizə daşıyır

App Screen
App Store
Google Play
BCC
iTicket.AZ
Rəsmi bilet təminatçısı

Yeniliklərdən xəbər alın

Ən son yenilikləri ilk əldə etmək üçün abunə olun!

Təşəkkür edirik!
İndi siz bizim daxili dairəmizdəsiniz. Eksklüziv yeniliklər və həyəcanverici xəbərlər üçün hazır olun, onlar birbaşa poçtunuza göndəriləcək.
Sosial mediada bizi izləyin
FacebookInstagramXTikTokLinkedIn

The F1 FORMULA 1 logo, F1, FORMULA 1, FIA FORMULA ONE WORLD CHAMPIONSHIP, AZERBAIJAN GRAND PRIX, GRAND PRIX and related marks are trade marks of Formula One Licensing BV, a Formula 1 company.
All rights reserved.

© 2025 Baku City Circuit Operations Company

Designed by SHOWRUNNERS agency