Formula 1 Azərbaycan Qran Prisinin könüllüləri iş başında!

 Builki möhtəşəm idman tədbirinə sayılı günlər qaldığı müddətdə, yarışın keçirilməsində rolu olan əməkdaşlar, könüllülər, marşallar, təhlükəsizlik əməkdaşları və podratçı şirkətlərin nümayəndələri mərkəzə gələrək, akkreditasiya kartlarını, həmçinin uniformalarını əldə edə biləcəklər. 100-dən artıq könüllünün fəaliyyət göstərdiyi Mərkəz cari ilin 12 iyun tarixinədək fəaliyyət göstərəcək.

 “Könüllülər yarışın ayrılmaz hissəsidir. Onların yarışdan öncə fəaliyyəti ilk olaraq, məhz Uniforma və Akkreditasiya Mərkəzində başlayır. Onlar mərkəzdə yüksək xidmətin göstərilməsində bilavasitə mühüm rol oynayırlar.” – deyə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) İnsan Resursları və İşçi Qüvvəsi şöbəsinin rəhbəri İranə Əhmədova könüllülərin fəaliyyətindən danışaraq bildirib.  

Qeyd edək ki, Formula 1 Azərbaycan Qran Prisində iştirak etmək üçün cari ilin əvvəlində 8000 -dən  çox namizəd qeydiyyat üçün müraciət edib. İki illik fasilədən sonra, 2022-ci il yarışı azarkeşlərin iştirakı ilə baş tutacaq. Bu isə öz növbəsində könüllü olmaq istəyənlərin sayına ciddi təsir edib. Müraciət edənlərin 1500 nəfəri yarışların təşkilinə könüllü olaraq qatılmaq fürsəti qazanıb.  Həmçinin, fiziki məhdudiyyətli gənclər də “Formula-1” könüllüsü olmaqda həvəslidirlər və yarışlara qoşularaq yeni təcrübələr əldə etmək üçün qeydiyyatdan keçərək müsahibəyə qoşulublar.

 Yarış əməliyyatlarına xüsusi hazırlaşan könüllülərin bilik və bacarıqlarının artırılması məqsədilə Bakı Şəhər Halqası Akademiyası tərəfindən intensiv təlimlər keçirilib. Bununla da, BŞH könüllüləri Formula 1 Azərbaycan Qran Prisi 2022 çərçivəsində insan resursları, işçi qüvvəsi, media, tamaşaçı xidmətləri, şəhər əməliyyatları, marşal klubu əməliyyatları, inzibati əməliyyatlar, hava limanı əməliyyatları və digər mühüm istiqamətlərdə yarışın yüksək səviyyədə təşkilində müstəsna xidmət göstərəcəklər. 

 

01

Bilet al

RƏSMİ MOBİL TƏTBİQ İLƏ YENİLİKLƏRDƏN XƏBƏRDAR OL

Baku City Circuit mobil tətbiqi ilə ən sürətli sən ol. Bu tətbiq FORMULA 1 QATAR AIRWAYS AZƏRBAYCAN QRAN PRİSİ 2025-in bütün həyəcanını - yarış haqda ən son yenilikləri, bilet məlumatlarını cibinizə daşıyır

App Screen
App Store
Google Play
BCC
iTicket.AZ
Rəsmi bilet təminatçısı

Yeniliklərdən xəbər alın

Ən son yenilikləri ilk əldə etmək üçün abunə olun!

Təşəkkür edirik!
İndi siz bizim daxili dairəmizdəsiniz. Eksklüziv yeniliklər və həyəcanverici xəbərlər üçün hazır olun, onlar birbaşa poçtunuza göndəriləcək.
Sosial mediada bizi izləyin
FacebookInstagramXTikTokLinkedIn

The F1 FORMULA 1 logo, F1, FORMULA 1, FIA FORMULA ONE WORLD CHAMPIONSHIP, AZERBAIJAN GRAND PRIX, GRAND PRIX and related marks are trade marks of Formula One Licensing BV, a Formula 1 company.
All rights reserved.

© 2025 Baku City Circuit Operations Company

Designed by SHOWRUNNERS agency