Bakı Şəhər Halqası bir sıra ali təhsil müəssisələrində könüllülər proqramını təqdim edib

Bakı Dövlət Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət Xarici Dillər Universiteti, Bakı Slavyan Universiteti və Qərb Universitetində baş tutmuş tədbirlər zamanı tələbələrə könüllülük proqramı və gənclərin bu proqram vasitəsilə əldə edə biləcəyi uğurlar barəsində ətraflı məlumat verilib.

BCC API

Görüş çərçivəsində iştirakçılar proqrama qoşularaq şəxsi inkişaf istiqamətində ata biləcəkləri mümkün addımlar haqqında geniş məlumat əldə ediblər. Əməliyyat şirkətinin nümayəndələri “Könüllülük nədir və özündə nələri birləşdirir?” kimi könüllülük proqramı ilə əlaqədar tələbələri maraqlandıran suallara ətraflı şəkildə aydınlıq gətiriblər.

Bundan başqa, görüş zamanı Bakıda keçirilmiş Formula 1 yarışlarında könüllü fəaliyyət göstərən gənclərin qazandığı uğurlar da diqqətə çatdırılıb. Həmçinin tələbələr könüllülük proqramı çərçivəsində özünü inkişaf etdirən və İtaliya Qran Prisində tamaşaçı kimi iştirak imkanı qazanan könüllülər və onların uğur gətirən fəaliyyəti ilə yaxından tanış olublar.

Görüş zamanı tələbələrə indiyədək könüllülər üçün təşkil edilmiş müxtəlif təlim, seminar və dil kursları barəsində məlumat verilib. Tələbələr könüllü olmağa dəvət ediliblər.

Bilet al

RƏSMİ MOBİL TƏTBİQ İLƏ YENİLİKLƏRDƏN XƏBƏRDAR OL

Baku City Circuit mobil tətbiqi ilə ən sürətli sən ol. Bu tətbiq FORMULA 1 QATAR AIRWAYS AZƏRBAYCAN QRAN PRİSİ 2025-in bütün həyəcanını - yarış haqda ən son yenilikləri, bilet məlumatlarını cibinizə daşıyır

App Screen
App Store
Google Play
BCC
iTicket.AZ
Rəsmi bilet təminatçısı

Yeniliklərdən xəbər alın

Ən son yenilikləri ilk əldə etmək üçün abunə olun!

Təşəkkür edirik!
İndi siz bizim daxili dairəmizdəsiniz. Eksklüziv yeniliklər və həyəcanverici xəbərlər üçün hazır olun, onlar birbaşa poçtunuza göndəriləcək.
Sosial mediada bizi izləyin
FacebookInstagramXTikTokLinkedIn

The F1 FORMULA 1 logo, F1, FORMULA 1, FIA FORMULA ONE WORLD CHAMPIONSHIP, AZERBAIJAN GRAND PRIX, GRAND PRIX and related marks are trade marks of Formula One Licensing BV, a Formula 1 company.
All rights reserved.

© 2025 Baku City Circuit Operations Company

Designed by SHOWRUNNERS agency